"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Senatı oktyabrın 11-də Barak Obama administrasiyasının işsizliyə qarşı mübarizə üzrə təkliflər paketini blokadaya alıb. Rəsmi səsvermə demokratların təmsilçisi olan Ceyn Şahinin səfərdən Vaşinqtona qayıda bilməməsi ilə əlaqədar açıq qalsa da, artıq bu senatorun verdiyi səs nəticəyə təsir etməyəcək.
"Assoşieyted Press"in məlumatına görə, qanun layihəsinin baxılması əleyhinə 46 respublikaçı senator və iki demokrat nümayəndəsi səs verib. Sənədin blokadaya alınması üçün əleyhinə 40 səs də kifayət edirdi. B.Obama belə bir bəyanat verib ki, Senatın təkliflər paketini bütövlükdə qəbul etməməsini nəzərə alaraq, onun bəzi bəndlərini yenidən səsverməyə təqdim etməli olacaq.
Haqqında söhbət gedən təkliflər planı ABŞ prezident administrasiyası tərəfindən cari ilin sentyabr ayında baxılmaq üçün Senata təqdim edilmişdi və işsizliyə qarşı mübarizə aparmaq üçün və iqtisadiyyatın bəzi sahələrini dirçəltmək məqsədilə büdcədən 447 milyard dollar ayrılmasını tələb edirdi. Qanun layihəsi özlüyündə köhnələri də saxlanmaq şərti ilə yeni iş yerlərinin açılmasını dövlətin nəzdində olan məktəblərin modernləşdirilməsini və digər infrastruktur sahələrinin inkişafını nəzərdə tutur. Sənəd bundan əlavə, işsizliklə əlaqədar ölkənin müəyyən vətəndaşlar qrupu üçün vəsaitin saxlanmasını da ehtiva edir. Bu niyyətin gerçəkləşdirilməsi üçün dövlət xərclərinin müəyyən hissəsində əlavə ixtisarların edilməsi lazım gələrdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...