Yuliya Timoşenkonun qızı Yevgeniya Karr oktyabrın 12-də "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə 7 il müddətinə azadlıqdan məhrum edilən anasının tezliklə azadlığa buraxılacağını bəyan edib. Y.Karr anasının həbsinin "texniki səhv", "intiqam aktı" olduğunu və bu hadisənin "oktayabrın 20-də gerçəkləşəcəyini" bilidirib.
Xatırladırıq ki, Ukrayna prezidenti Viktor Yanukoviç məhz oktyabrın 20-də Brüsselə səfər edərək Avropa Birliyi nümayəndələri ilə görüşə gələcək. Y.Karr anası Y.Timoşenkonun gələcəkdə Ukrayna prezidenti olmağa layiq şəxs olduğunu xatırladıb. O, anasının həbsxana həyatı haqqında da danışıb. Onun dediyinə görə, anası həbsxana həyətində bədən tərbiyəsi ilə məşğul olur və mütəmadi olaraq, qaçış hərəkətləri yerinə yetirir. Y.Karr həbsxanadakı qadınlardan birinin anasının məsləhəti ilə siqareti atdığını bildirir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...