PDF Oxu

Dünya

  • 1 016

Borc böhranı almanları işsizlikdən daha çox qorxudub

Borc böhranı almanları işsizlikdən daha çox qorxudub

"Fors" ictimai-sosioloji təhqiqat təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, Almaniyanın 70 faizdən çox əhalisi hazırkı dövrdə daha çox borc böhranının yaxınlaşmasından narahatlıq hissi keçirdiklərini bildirirlər. Onlar bu halı həyatları üçün təhdid kimi qarşılayırlar. "Ştern" qəzeti yazır ki, rəyi soruşulan almanların 71 faizi bu qorxularını ön sıraya çəkirlər. İkinci yerdə 61 faiz nəticə ilə iqtisadi böhranla mübarizə apara bilməyən siyasətçilərə rəyi soruşulanların etimadsızlıq göstərməsi məsələsi dayanır. Bu sahədə pensiyaların məbləği çox aşağıdır, təhsilin səviyyəsi qənaətbəxş deyil və miqdarı get-gedə daha da artmaqda olan işsizlik almanları qorxuya salır. Almanlar borc böhranında başlıca günahkar kimi bankları görürlər.

"Fors"un apardığı digər rəy sorğusunun nəticələrinə görə, əhalinin 78 faizi dövlətin vergilər vasitəsilə banklara kömək etməsini istəmir. Rəyi soruşulan almanların 73 faizi bank sahiblərinin ölkədə təsir gücü böyük olan siyasətçilər sırasına daxil edir. Nəhəng bankları bir-birindən ayıraraq, ayrı-ayrı banklar kimi fəaliyyətinə rəvac vermək istəyinin AFR iqtisadiyyatına mənfi təsiri gözlənilir. Çünki kiçik bankların iflası iqtisadiyyatın çökməsi ilə nəticələnə bilər. Bu gün də hələ Almaniyada yekdil fikir formalaşmalıdır. Almanların 42 faizi bu cür nəticəni dəstəkləyir, 39 faizi isə əleyhinə səs verir.

Digər xəbərlər