"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal belə bir bəyanat verib ki, təmsilçisi olduğu ölkənin ABŞ-dakı səfirinin qətlə yetirilməsinə hazırlaşan İrana ciddi cavab verə bilər. Şahzadənin dediyinə görə, İranın rəsmi strukturlarının müqəssir olmaları haqda əldə kifayət qədər əsaslı dəlillər vardır.
"Assoşieyted Press" informasiya agentliyinin məlumatına görə, İranın sui-qəsddə əli olması haqda artıq ABŞ və Böyük Britaniya rəsmiləri bəyanat yayıblar. ABŞ-ın dövlət katibi Hillari Klintonun dediyinə görə, Tehranın Qərb ölkələrini təhdid etməsi daha aydın surətdə görünməkdədir. Böyük Britaniya İrana münasibətdə diplomatik sanksiyalar tətbiq etmək niyyətindədir. "Röyters"in məlumatına görə, Britaniyanın baş naziri Devid Kemeron Londonun nə ABŞ, nə də digər ölkələrdə bu məsələ ilə əlaqədar heç kəslə danışıq aparmadığını bildirir. Avropa Birliyi nümayəndələri də bu hadisə ilə əlaqədar İrana öz etirazını bildirir. İranın günahının sübut ediləcəyi təqdirdə, bu, beynəlxalq qanunçuluğa görə kobud ittiham hesab ediləcəkdir. ABŞ, Səudiyyə Ərəbistanı və digər ölkələr BMT-nin Təhlükəsizlik Şurasına bu yöndə müraciət qəbul etmək istəyirlər. İran ittihamları rədd edir və diplomata qarşı sui-qəsddə Tehranın əli olmadığını bəyan edir. Tehranın BMT-dəki nümayəndəsi Məhəmməd Xəzayi təşkilata ABŞ-dan şikayət məktubu yazıb. Oktyabrın 11-də Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı sui-qəsddə iki İran əsilli şəxsin iştirak etdiyi bildirilir. Onlardan biri olan Mənsur Ərbabsiyar İran əsilli ABŞ vətəndaşıdır. ABŞ rəsmilərinin dediklərinə görə, guya həmin şəxs sui-qəsddə iştirak etdiyini etiraf edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...