Avropa Birliyi Ukrayna prezidenti Viktor Yanukoviçin Brüsselə nəzərdə tutulmuş səfərini təxirə salıb. Milli.Az xəbər portalının "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, qurumdan verilən açıqlamada səfərin "ikitərəfli münasibətlərdə inkişafa nail olunması üçün daha əlverişli şəraitin olduğu vaxta" təxirə salındığı bildirilir. Xatırladaq ki, səfər oktyabrın 20-nə nəzərdə tutulmuşdu.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun 7 il müddətinə azadlıqdan məhrum edilməsindən sonra Brüssellə qərarın Kiyevlə münasibətlərinə mənfi təsir göstərə biləcəyini dəfələrlə bəyan edib. Yanukoviç isə bu gün verdiyi açıqlamada bildirib ki, "ABL-nin bütün təzyiqlərinə baxmayaraq, Timoşenko haqqında çıxarılmış qərar ləğv olunmayacaq".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...