PDF Oxu

Dünya

  • 1 062

Roma Papasını araba ilə apardılar

Roma Papasını araba ilə apardılar

Romadakı Müqəddəs Pyotr kilsəsinin baş mehrabına doğru gedərkən sakristiya yürüşündə yenilik olub.

Milli.Az xəbər portalı "Röyters"ə istinadən bildirir ki, Roma Papası XVI Benedikt bir vaxtlar mərhum II İoann Pavelin istifadə etdiyi mobil platformadan ilk dəfə yararlanıb.

Vatikanın mətbuat xidmətinin rəhbəri keşiş Federiko Lombardinin dediyinə görə, pontifikin ibadət praktikasına daxil edilmiş texniki yeniliyin məqsədi Roma Papasının dua etməsini asanlaşdırmaqdır.

Səbəb XVI Benediktin qocalığıdır: gələn il onun 85 yaşı tamam olacaq.

Digər xəbərlər