PDF Oxu

Dünya

  • 1 117

Böyük Britaniyada Avropa İttifaqından çıxmaq barədə referendum keçirilə bilər

Böyük Britaniyada Avropa İttifaqından çıxmaq barədə referendum keçirilə bilər

Böyük Britaniyada Avropa İttifaqından çıxmaq barədə referendum keçirilə bilər. "Daily Telegraph" qəzetinin yazdığına görə, oktyabrın 18-də Nümayəndələr Palatasının üzvləri referendum məsələsi ilə əlaqədar parlamentdə müzakirələr keçirilməsini təklif edəcəklər. Qəzet yazır ki, sağ mühafizəkarların əksəriyyəti Britaniyanın Avropa İttifaqından çıxmasına tərəfdardır. Müzakirələr üç həftə ərzində keçirilə bilər. Parlament referendumun leyhinə səs verərsə, Baş nazir Devid Kemeron referendumu keçirməmək hüququna malikdir. D.Kemeron özü Avropa İttifaqının bəzi səlahiyyətlərinin ləğv olunmasının tərəfdarıdır. Ötən həftə Britaniyanın xarici işlər naziri Uilyam Heyq Mühafizəkarlar Partiyasının nüfuzlu üzvləri ilə görüşmüşdür. Mühafizəkarlar görüşdə bildirmişlər ki, britaniyalılarınə ksəriyyəti Avropa İttifaqında üzvlüyə pis münasibət bəsləyir. İri analitik mərkəzlərdən birinin dərc etdiyi hesabata görə, Avropa İttifaqı Britaniya iqtisadiyyatının bərpasına və ölkədə işsizliyin azaldılmasına mənfi təsir göstərir.

Digər xəbərlər