PDF Oxu

Dünya

  • 1 326

Çili hökuməti nasist həkimi qaytarmağı Almaniyadan tələb edir

Çili hökuməti nasist həkimi qaytarmağı Almaniyadan tələb edir

"Frankfurter Rundşau" qəzetinin yazdığına görə, Çilinin hakimiyyət dairələri 2010-cu ilin 24 aprelində ölkənin həbsxana xəstəxanasında vəfat etmiş keçmiş nasist zabiti Paul Şeferin sağ əli olmuş həkim Xartmut Xoppu qaytarmaq üçün Almaniyaya sorğu göndərmişlər. X.Xopp P.Şefer tərəfindən Auqusto Pinoçetin vaxtında Santyaqoda əsası qoyulmuş "Diqnidad" nasist koloniyasında pedofiliyada və işgəncələrdə iştirakına görə ittiham edilir.

X.Xoppun ölkəyə qaytarılması haqda sorğu Çili Ali Məhkəməsində hazırlanmış və oktyabrın 18-də Almaniyanın hüquq-mühafizə orqanlarına göndərilmişdir. "Diqnidad" koloniyasının həkimi X.Xoppa münasibətdə prokuror yoxlamaları Almaniyada cari ilin avqustunda başlanmışdır. 2011-ci ilin may ayında X.Xopp Çilidən Almaniyaya qaçmışdır.

Ektradisiya haqda məsələ ona görə mürəkkəbləşməkdədir ki, Çili və Almaniya arasında cinayətkarların qaytarılması haqda razılıq sənədi imzalanmamışdır. Bunu nəzərə alan Çili hökuməti almanlardan xahiş edir ki, bəşəriyyət əleyhinə cinayətkarlıqla əlaqədar Havana konvensiyasına əsaslanaraq, onların haqlı tələbini yerinə yetirsin.

A.Pinoçetin hakimiyyəti dövründə keçmiş nasistlərdən bir çoxu "Diqnidad" koloniyasında sığınacaq tapmışdır. Çili hökumətinin bəyanatına görə, bu koloniyada uşaqlara işgəncələr verirdilər.

Digər xəbərlər