PDF Oxu

Dünya

  • 923

Kürd silahlıları 21 türk hərbçisini qətlə yetirib

Kürd silahlıları 21 türk hərbçisini qətlə yetirib

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 19-da kürd silahlıları Türkiyənin cənub-şərqində yerləşən bir neçə hərbi posta hücum ediblər. Nəticədə, 21 türk hərbçisi öldürülüb. "Hürriyyet" qəzetinin yazdığına görə, 24 nəfər həlak olub, 18 nəfər yaralanıb.

"Röyters"in məlumatına görə, Türkiyə hərbçilərinə PKK silahlıları hücum edib. Avtomat silahlarla silahlanmış kürdlər İraqla sərhəddə yerləşən Hakkari əyalətindəki Çuxurca hərbi postunu atəşə tutmuşlar. "Today’s Zaman" qəzetinin yazdığına görə, türk əsgərləri ilə kürd silahlıları Hakkari şəhərinin mərkəzində atışıblar. "Hürriyyət"in yazdığına görə, kürdlər 8 hərbi postu atəşə tutublar. Qarşıdurma bir neçə saat davam edib. "RİA- Novosti"nin məlumatına görə, qarşıdurma Türkiyənin cənubi-şərqində və İraqın şimalında yerləşən kürd separatçılarının bazaları yaxınlığında baş verib.

Oktyabrın 18-də Türkiyənin cənub-şərqində yerləşən Bitlis əyalətində baş vermiş partlayış nəticəsində 7 nəfər həlak olub, 20 nəfər yaralanıb. Ölənlərin 5 nəfər polis əməkdaşları, bir nəfəri isə 2 yaşlı qız uşağı olub. Partlayışın məsuliyyəti PKK terrorçuları üzərindədir.

Xatırladırıq ki, Türkiyə, Avropa Birliyi və ABŞ PKK-nı rəsmi surətdə terrorçu təşkilat kimi tanıyıblar.

Digər xəbərlər