PDF Oxu

Dünya

  • 996

Ermənistanda keçirilən mitinq kütləvt iğtişaşa çevrildi!

Ermənistanda keçirilən mitinq kütləvt iğtişaşa çevrildi!

Ermənistanda hökumət binası qarşısında etiraz askiyası başlayıb. Nümayişi "Armiya v realnosti" qrupu təşkil edib. Anspress-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, erməni polisinin rəhbəri Alik Sarkisyan inzibati binadan çıxıb, xidməti maşınına əyləşmək istəyərkən "Armiya v realnosti" qrupunun fəalları tərəfindən əhatəyə alınıb.

Nümayişçilər "Ayıbdır! Ayıbdır!" şüarları səsləndiriblər. "Armiya v realnosti" qrupunun fəallarından biri Vardqes Qaspari "Dələduz, cinayətkar", "Alçaq, əclaf" deyə qışqırmağa başlayıb. Belə qarşılanma mərasiminə dözə bilməyə erməni polisinin rəhbəri Alik Sarksiyan fəalların saxlanılmasını əmr edib. Vardqes Qaspari saxlanılıb, hazırda o, polis bölməsindədir.

Nəticədə aksiya iştirakçıları ilə polis əməkdaşları arasında dava düşüb. Hazırda askiya iştirakçıları Ermənistan prezident iqamətgahının qarşısındadırlar. Onlar Ermənistan dövlət başçısı Serj Sarkisyanın istefa verməsini tələb edirlər.

Digər xəbərlər