2010-cu ildə Vikilabad həbsxanasında 300-dən çox məhkum ailələrinin və ya vəkillərinin xəbəri olmadan edam edilib. BMT-nin İran üzrə yeni məruzəçisi Əhməd Şahid edam cəzasından tez-tez istifadə olunan bu ölkədə cəzaların artdığını bəyan edib. Milli.Az xəbər portalının məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı xəbər verir. Məruzəçinin sözlərinə görə, İranda 100-dən çox uşaq edamını gözləyir.
Əhməd Şahid BMT Baş Assambleyasına təqdim etdiyi ilk hesabatda İranda 2011-ci il ərzində 200-dən çox adam edam edildiyi bildirilir. Onun məlumatına görə, yalnız yanvar ayında 83 nəfər barəsində edam cəzası yerinə yetirilib.
Əhməd Şahid bildirib ki, 2010-cu ildə Vikilabad həbsxanasında 300-dən çox məhkum ailələrinin və ya vəkillərinin xəbəri olmadan edam edilib.
Hesabatda İranda kütlənin qarşısında edam cəzalarının yerinə yetirildiyinə də diqqət çəkilir və həbsxanalarda edamı gözləyən 100-dən çox uşağın olduğu vurğulanır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...