PDF Oxu

Dünya

  • 1 249

Küveytin nüfuzlu “Əl-Ənbə” və “Əl-Şəhid” qəzetləri: “Azərbaycan uğurlu neft strategiyası həyata keçirir”

Küveytin nüfuzlu “Əl-Ənbə” və “Əl-Şəhid” qəzetləri: “Azərbaycan uğurlu neft strategiyası həyata keçirir”

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə ölkəmizin Küveytdəki səfirliyi tərəfindən bu ölkənin nüfuzlu "Əl-Ənbə" və "Əl-Şəhid" qəzetlərində məqalələr dərc olunub.

Məqalələrdə müstəqilliyimizin şanlı tarixindən, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin bərpası, möhkəmləndirilməsi, qorunub saxlanması, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısının alınması, uğurlu neft strategiyası barədə məlumat verilib. Həmçinin qeyd olunub ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məqalələrdə, həmçinin ölkəmizin bütün sahələrdə müşahidə olunan sürətli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu, hazırkı sabit ictimai-siyasi durumu, həyata keçirilən islahatlar və layihələr, Azərbaycanın enerji siyasəti barədə geniş məlumat verilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də xüsusi yer aldığı məqalələrdə torpaqlarımızın erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, xalqımıza dəyən maddi və mənəvi zərər barədə məlumat verilib. Məqalələrdə Azərbaycan - Küveyt əlaqələrindən də bəhs olunmuş, Prezident İlham Əliyevin 2009-cu ilin fevralında Küveytə səfərinin əhəmiyyəti vurğulanıb. Küveyt Dövlətinin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləməsi yüksək qiymətləndirilib, iki ölkə arasında mövcud dostluq münasibətlərinin tarixi, dini və mədəni bünövrəsi barədə məlumat verilib.

Digər xəbərlər