"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 23-də Budapeştin küçə və meydanlarına dövlət əleyhinə nümayişlərdə iştirak etmək üçün on minlərlə adam çıxmışdır. Yığışanlar ölkənin baş naziri Viktor Orbanın "antidemokratik və ədalətsiz rejimi" əleyhinə etiraz səslərini ucaltmışlar. Mitinqlərdə 20 mindən 100 minədək adamın iştirak etdiyi bildirilir. Mitinq təşkilatçılarının verdikləri bəyanata görə, Viktor Orbanın hakimiyyətə gəlişi Macarıstanda demokratik dəyərlərin səviyyəsinin aşağı düşməsinə səbəb olub.
Nümayiş 1956-cı ilin oktyabr-noyabr aylarında sosialist hökuməti əleyhinə üsyan cəhdinin 55-ci ildönümünə həsr edilmişdir. O vaxt üsyan Sovet ordusu əsgərləri tərəfindən yatırılmışdır.
Viktor Orbanın başçılıq etdiyi Mühafizəkar Macarıstan Vətəndaş Birliyi (FİDES) 2010-cu il parlament seçkilərində əksər səs çoxluğu qazanmışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...