PDF Oxu

Dünya

  • 1 247

Pentaqon fırıldaqçılara 1,1 trilyon dollar ödəyib

Pentaqon fırıldaqçılara 1,1 trilyon dollar ödəyib

ABŞ-ın Müdafiə Nazirliyi son 10 il ərzində, bu və ya digər dərəcədə fırıldaqçılığa cəlb edilmiş kompaniyaların bank hesablarına 1,1 trilyon dollar köçürmüşdür. Bu haqda məlumat senator Berni Zandersin sifarişi ilə hazırlanmış təhqiqatda verilir. Bu məbləği əvvəlcədən müqavilə imzalamış ABŞ-ın 37 müdafiə-sənaye kompleksi qəbul etmişdir. "Boeing", "Loskheed Martin" və "Northrop Grumman" kompaniyaları da bu siyahıya daxildir. Hərbi sifarişlərin yerinə yetirilməsində fırıldaqçılıqda ittiham edilən 300-dən çox kompaniya iştirak edib. Təhqiqatların nəticələri göstərir ki, həmin məbləğin 431 milyard dolları məhkəmə çəkişmələrində ittiham edilən və cərimələnən kompaniyalara köçürülüb. B.Zanders ən çox fırıldaqçılıqla məşğul olan kompaniyalardan "Boeing"in adını çəkir. Məruzədə göstərilir ki, bu kompaniya fırıldaqçılıqda ittiham edilən məhkəmə tənzimləmələrinə 2000-ci ildə 54 milyon, 2003-cü ildə 651,6 min, 2006-cı ildə 565 milyon, 2009-cu ildə isə 25 milyon dollar sərf edib. "Loçkheed Martin" kompaniyası 2000-ci ildə məhkəmə tənzimləmələrinə 4,25, 2002-ci ildə 6,2, 2003-cü ildə 37,9, 2006-cı ildə isə 12,6 milyon dollar xərcləyib. "Northrop Grumman" kompaniyası isə məhkəmə tənzimləmələrinə 410 milyon dollar sərf edib: 2000-ci ildə 5,3, 2003-cü ildə 17,8, 2005-ci ildə 62, 2009-cu ildə isə 325 milyon dollar sərf edib.

Digər xəbərlər