"Frans Press" informasiya agentliyinin Türkiyənin daxili işlər naziri İdris Naim Sahinə əsaslanaraq, yaydığı məlumata görə, zəlzələdən həlak olanların sayı 217 nəfərə çatıb. 1090 nəfər bədən xəsarəti alıb. Nazirin dediyinə görə, 100 nəfər Van şəhərində, 117 nəfər isə Van əyalətinin Erciş bölgəsində həlak olub.
Qızıl Aypara Cəmiyyətinin Türkiyə şöbəsinin məlumatına görə, Ercişdə 80, Vanda isə 10 bina dağılıb. "Assoşieyted Press"in məlumatına görə, Van əyalətinin həbsxanalarından birindən 150 nəfərə yaxın məhbus qaçıb. Bir müddət sonra onların 50 nəfəri geri qayıdıb.
Van əyalətində 7,2 bal gücündə olan zəlzələ oktyabrın 23-də baş verib. "Əl-Ərəbiyyə" telekanalı 500 nəfərdən 1000 nəfərdək insanın həlak olduğu haqda məlumat vermişdir. Bu məlumat öz təsdiqini tapmadı. Oktyabrın 23-də daha bir zəlzələ Türkiyənin cənub-şərqində baş verdi. Bir çox ölkələr yardım etməyə hazır olduqlarını bildirsələr də, Türkiyə hökuməti yalnız ABŞ, Almaniya və Azərbaycandan yardım almağa razılıq verib.
Əhalisinin əksəriyyəti kürdlərdən ibarət olan Van əyalətində ən güclü zəlzələ 1976-cı ildə olmuşdu. O vaxt ölənlərin sayı 3840 nəfərə çatırdı. Türkiyədə ən güclü zəlzələ 1999-cu ildə ölkənin şimal-qərbində əhalinin sıx yerləşdiyi ərazidə baş vermişdi. Ölənlərin sayı 20 min nəfər idi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...