PDF Oxu

Dünya

  • 979

Rusiya və Çin MAQATE məsələsində İranı dəstəkləyib

Rusiya və Çin MAQATE məsələsində İranı dəstəkləyib

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya və Çin MAQATE-nin sədri Yukiya Amanoya müraciət edərək, xahiş ediblər ki, İranın ehtimal edilən nüvə silahı yaratması planını açıqlamasın. Məlumata görə, MAQATE-yə bu yöndə sənəd daxil olub. Rusiya və Çinin iformasiyanın yubadılmasında məqsədləri İran tərəfinin sərt reaksiyası ilə qarşılanmamasıdır. Bu dövlətlər həm də İrana qarşı növbəti sanksiyaların tətbiq edilməsini istəmirlər. Onlar İranın Vaşinqtonda Səudiyyə Ərəbistanının səfirinə hücum hazırlaması ilə bağlı ABŞ və Böyük Britaniyanın açıqlamalarının həqiqətə yaxın olmadığını bəyan ediblər.

Y.Amano İranın nüvə proqramı haqda sənədi noyabrda MAQATE-nin 35 iştirakçı ölkəsinin yığıncağında açıqlamaq niyyətindədir. Sənədin açıqlanmasını və dərc edilməsini ABŞ, Böyük Britaniya və Fransa tərəf təkid edir.

İndiyədək BMT-nin Təhlükəsizlik Şurasında İrana münasibətdə 4 sanksiya təklif edilib. Sanksiyaların hamısında İranda nüvə silahının istehsal edildiyi bildirilir. İran tərəf bu iddiaları təkzib edir. Tehran dəfələrlə bəyan edib ki, bu sahadə eksperimentləri, istisnasız olaraq, dinc məqsədələrlə aparır. İranın atom energetikası üzrə təşkilatının rəhbəri Fereydun Abbasi sentyabrın əvvəllərində belə bir bəyanat vermişdi ki, İran 5 il ərzində nüvə proqramlarının gerçəkləşdirdiyi məkanları MAQATE-yə təqdim edə bilər. Tehran hələ avqustda Rusiyanın xarici işlər naziri Sergey Lavrova belə bir məlumat vermişdir ki, İran MAQATE ilə münasibətlərini addım-addım stabilləşdirəcəkdir.

Digər xəbərlər