"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, bazar günü Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 366 nəfərə çatıb. 1300 nəfər yaralanıb, 2200-dən çox bina dağıntıya məruz qalıb. "Hürriyyət" qəzetinin yazdığına görə, Türkiyə müxalifəti hakimiyyət dairələrini xarici köməkdən imtina etdiyinə və zərər çəkənlərin xilas edilməsində az fəallıq göstərməsinə görə tənqid atəşinə tutmuşdur. Oktyabrın 24-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir bəyanat vermişdi ki, ölkə təkbaşına xilasedicilik əməliyyatlarının aparılmasına qadirdir. 50-dək dövlətdən yardım edilməsi təklifi hakimiyyət dairələri tərəfindən qəbul edilməyib. Respublika Xalq Partiyasının deputat təmsilçisi Vəli Ağbabanın dediyinə görə, Türkiyə xilasedicilərinin ləng iş apardıqları bir vaxtda dövlətin təklif edilmiş yardımlardan imtina etməsi səhv addımdır. "Bu cür çətin vəziyyətdə nə məqsədlə yardımdan imtina etmək olar?" deyə V.Ağbaba əsəbiliklə bildirib. Milli Fəaliyyət Partiyası da hökumətin xilasedicilik əməliyyatlarını yarıtmaz halda yerinə yetirdiyini bildirir.
"Haaretz" qəzetinin yazdığına görə, sadə türk vətəndaşları hakimiyyət dairələrinin xarici yardımdan imtina etməsinə mənfi münasibət göstərir. Əhalinin dediyinə görə, uçqunlar altında qalanlara kömək etmək üçün xüsusi təchizat vasitələri çatışmır. Ərdoğanın müavini Bülənt Arınçın bəyanatına görə, 50 dövlətin, o cümlədən, İsrailin yardımından imtina edilməsi siyasi məqsəd daşımır. Onun dediyinə görə, hökumət təbii fəlakət baş vermiş bölgələrdə xaosun yaranmasına yol vermək istəmir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...