PDF Oxu

Dünya

  • 923

Əhmədinejad dünyanın problemlər mənbəyini aşkar edib

Əhmədinejad dünyanın problemlər mənbəyini aşkar edib

"İRNA" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad dünyanın bütün problemlərinin "həqiqətdənkənar və ədalətsiz" ölkə rəhbərlərinin "kübar düşüncə tərzində" gizləndiyini bildirib. O, fikrinin təsdiqi kimi ABŞ və Böyük Britaniya kimi ölkələrin digər ölkələr üçün "zülm, tirançılıq, süqut, diskriminasiya, alçalma, yoxsulluq və geridəqalma" amilləri aşıladığını bildirib. M.Əhmədinejad ərəb ölkələrində gedən inqilabların məhz bu cür diktator ölkələr vasitəsilə aparıldığını, sıravi ölkə vətəndaşlarının "müqəddəs Məhəmməd Peyğəmbərdən ədalət, ləyaqət və azadlıq" gözlədiklərini bildirir. İran prezidenti üsyançıların ABŞ, sionist ölkə və onun müttəfiqlərinə qarşı çıxdıqlarını qeyd edir. M.Əhmədinedjad NATO-nun Liviyada vətəndaş müharibəsinə müdaxilə etməsini ittiham edərək, alyansın bu ölkədə konflikt yaradaraq, onun təbii sərvətlərini taladığını bildirir. İran prezidenti NATO-nun baş katibi Anders Foq Rasmussenə müraciətlə bu sözləri deyir: "Öz oyunbazlığınızla adamları aldada bilməzsiniz. Sizin sözləriniz yalan və hədyanlardan ibarətdir".

Cənubi Xorasan əyalətinin Bircand şəhərində kütlə qarşısında çıxış edən İran prezidenti Liviya Camahiriyyəsinin lideri Müəmmər Qəddafinin öldürülməsinin səbəbini korrupsiyaya qurşanmış Qərb liderlərinin paxırlarını açmağa qadir olduğunu bildirib.

Digər xəbərlər