"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 25-də Yəmən hökuməti və müxalifət generalı Ali Mohsen əl-Ahmar arasında atəşkəs haqda müqavilə imzalanıb. Tərəflər atəşkəs elan edib, əsirlərin dəyişdirilməsi haqda razılığa gəlinib. "Assoşieyted Press"in məlumatına görə, çərşənbə axşamı Yəmən prezidenti Ali Abdulla Salehə sadiq olan ordu hissələri paytaxt Sana şəhərində çoxminli nümayişçilər kütləsini atəşə tutmuşdular. İki müxalifətçi qətlə yetirilmiş, 40 nəfərdən çoxu isə yaralanmışdır. Atışmada general əl-Ahmarın ordu hissələri də iştirak etmişdir. Xatırladırıq ki, əl-Ahmar prezidentin əleyhinə döyüşən cinahdadır və nümayişlər zamanı müxalifətçilərin çadır şəhərciyini qoruyur. Ötən istirahət günlərində qarşıdurma zəminində 23 nəfər həlak olub.
"Yəmən Post" qəzetinə müsahibə verən general əl-Ahmar demişdir ki, prezident Saleh yaxın günlərdə Sanada etiraz edən nümayişçiləri məhv etmək fikrindədir. Müxalifətçilərin fikrincə, hökumət aviasiyanın qüvvəsindən də istifadə edəcək.
Müxalifətçilər 2011-ci ilin fevralında prezident Salehin istefasını tələb edirlər. Oktyabrın 24-də BMT belə bir əsasnamə layihəsi qəbul etmişdi ki, dinc yolla hakimiyyətdən imtina edəcəyi təqdirdə, Salehin təhlükəsizliyinə təminat veriləcək. Saleh BMT-nin bu təklifini rədd edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...