"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiəyədə zəlzələdən həlak olanların sayı 459 nəfərə çatıb. 1350 nəfər bədən xəsarəti alıb. Oktyabrın 25-də uçqunlar altından 10 yaşlı uşaq çıxarılıb. Oktyabrın 26-də Türkiyənin cənubi-şərqində yerləşən Erkis şəhərində uçqunlar altından 27 yaşlı qadın çıxarılıb.
"Assoşieyted Press" burada dağıntılar altından 18 yaşlı tələbə Əyyub Erdemin çıxarılaraq xəstəxanaya göndərildiyini xəbər verir. Son gün, ərzində xilasedicilər 40-dək adam çıxarıblar. Sağ çıxarılanlar arasında iki sutka uçqunlar altında olan iki yaşlı qız uşağı da olub. Qızın anası və nənəsi də xilas edilib.
Oktyabrın 26-da Van şəhərinin həbsxanasında yeraltı təkanların davam etməsindən narahat olan məhbuslar üsyan qaldırmışlar. "Assoşieyted Press" həbsxana ətrafına əlavə təhlükəsizlik qüvvələrinin gətirildiyini bildirir.
Türkiyə hökuməti İsrail də daxil olmaqla 30-dək ölkədən yardım istəyib. Hakimiyyət dairələri İsrailin ev-eşiksiz qalan adamlar üçün təkərli evlər göndərməsini xahiş ediblər. İsraildən ilk təyyarə oktyabrın 26-da Türkiyəyə uçub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...