"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 26-da İtaliya parlamentinin ən azı 4 deputatı arasında qarşıdurma baş vermişdir. Qarşıdurmanın səbəbi Aşağı Palatanın spikeri və "Gələcək və Azadlıq" adlı müxalifətçi partiyanın lideri Canfranko Fininin çərşənbə axşamı teleefirdə dediyi sözlər olmuşdur. O vaxt siyasətçi belə bir bəyanat vermişdir ki, iqtidar koalisiyasına daxil olan Şimal Liqası Partiyasının sədri Umberto Bossinin arvadı 39 yaşında təqaüdə çıxıb və hər ayda 766 avro məbləğində məvacib alır. Bu haqda geniş yazı "Corriere Della Sera" qəzetində dərc edilib.
Bu xəbəri eşidən Şimal Liqası Partiyası parlament fraksiyasının deputatları ayağa qalxaraq, uca səslə spikerin istefasını tələb etdilər. "Gələcək və Azadlıq" partiyasının parlament fraksiyasının deputatları ayağa qalxıb rəqiblərini sıxışdırmağa başladılar. Hər tərəfdən bir deputat bir-birinin boğazından yapışıb dalaşmağa cəhd etdilər. Digərləri isə onları ayırmağa çalışırdı. Nəticədə parlament yığıncağında fasilə yarandı.
İtaliyada pensiya sistemində aparılan islahatlar ətrafında gərginlik müşahidə edilməkdə davam edir. Avropa Birliyi ölkələri də İtaliya hökumətindən tələb edirlər ki, büdcə defisitində ixtisarlar aparsın. Ölkənin baş naziri Silvio Berluskoni 2012-ci il üçün büdcə defisitinin 20 milyard, 2013-cü ildə isə 25 milyard avro məbləğində ixtisar etməyi nəzərdə tutur. Hökumət pensiyaların ixtisar edilməsi ilə yanaşı, büdcədən maliyyələşən əməkdaşların əmək haqlarını ixtisar etməyi və regionlara verilən subsidiyaları azaltmağı da nəzərdə tutur. Bu zaman il ərzində istirahət günlərinin sayının da azaldılması ön plana çəkilir.
Hazırda İtaliyanın xarici borcu 1,9 trilyon dollar məbləğindədir ki, bu da ümumi daxili məhsul həddini 120 faiz üstələyir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...