"Frans Press" informasiya agentliyinin oktyabrın 27-də yaydığı məlumata görə, Tailandda daşqınlar Banqkokun mərkəzi hissəsinə çatmışdır. Hazırda sel suları şəhərin başlıca görməli yeri olan Böyük Sarayı əhatəyə alıb. "Əl-Cəzirə" telekanalının məlumatına görə, hazırda 10 minlərlə şəhər əhalisi seldən xilas olmaq üçün şəhəri tərk etməkdədir. Hakimiyyət dairələri şəhərin üç rayonunun tamamilə boşaldılması haqda sərəncam verib. Banqkoku tərk edən qatarlar adamlarla dolu olur. Şəhəri tərk etmək istəyən əhali avtobus stansiyalarına və vağzallara yığışır. Telekanallar isə bunu geniş surətdə yayımlayır.
Banqkokun baş aeroportu olan "Suvarnabxumi", hələlik, normal rejimdə işləyir. Şəhərin şimal hissəsində olan ikinci böyük "Don Mıoanq" aeroportunu su basdığından, fəaliyyətini dayandırmalı olub. Əhalini daşqınlardan xilas edən dövlət mərkəzinin (FROC) oktyabrın 26-da verdiyi məlumata görə, paytaxtın 12 milyon əhalisi şəhərdən kənarda sığınacaq axtarışındadır.
Alimlərin proqnozlarına görə, yaxın gələcəkdə də suyun səviyyəsinin qalxacağı gözlənilir. Tailand paytaxtında 1,5 metr həddinə olan suyun səviyyəsi 2 həftədən 1 ayadək çəkə bilər. Tailandda iyulda başlanan daşqınlar indiyədək 373 nəfərin həyatına son qoyub. 2,5 milyonadək adam zərər çəkib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...