"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 523 nəfərə çatıb. 1650 nəfər isə bədən xəsarəti alıb. İndiyədək uçqunlar altından 185 nəfər çıxarılıb.
Oktyabrın 27-də ölkənin zəlzələ baş vermiş Şərq bölgələrinə sulu qar yağmağa başlayıb. "Assoşieyted Press"in yaydığına görə, ev-eşiyindən məhrum olan əhalinin vəziyyəti xeyli ağırlaşıb. Sinoptiklərin proqnozlarına görə, qar yaxın 3 gün ərzində yağmaqda davam edəcək. İnsanların bir çoxu 4-5 gündür ki, gecələr tonqal qalayıb onun ətrafına toplaşır, itkin düşmüş qohumlarını gözləyir və uçmuş evlərini talançılardan qoruyurlar. Zəlzələ baş verən bölgələrdə 2,2 minədək bina dağılıb. Hakimiyyət dairələri bayırda qalan adamlara əlavə çadırlar versə də, çadır hamıya çatışmır.
Adamların bir çoxu yeni zəlzələ olacağından qorxaraq evlərinə getmək istəmir. Oktyabrın 27-də Türkiyənin cənub-şərqində maqnituda gücü 5,4 bal həddində olan zəlzələ baş verib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...