Liviyanın öldürülən lideri Müəmmər Qəzzafinin 30 il sürücüsü olmuş Hüneyş Nasir diktatorun son günlərindən danışıb. O, 42 illik Qəzzafi rejiminin son günlərinin inkar və fikir ayrılığı ilə keçdiyini bildirib. Nasir "Guardian" qəzetinin müxbirinə açıqlamasında Qəzzafini ən son doğma Siirt şəhərindəki bir dağıntının üstündə çarəsiz şəkildə ətrafa baxarkən gördüyünü bildirib.
"Hər şey partlayırdı. Üsyançılar arxamızda idi. Qəzzafi qorxmurdu. Amma nə edəcəyini də bilməyən bir vəziyyətdə idi. Onu ilk dəfə o halda görürdüm". Hüneyş Nasir deyib ki, həmin gün üsyançılar hücum edərək Qəzzafinin son sığınacağını da ələ keçirdilər. Nasirin sözlərinə görə, üsyançılar sığınacağa girdiyi zaman o, əllərini qaldırıb, təslim olduğunu bildirib. Buna baxmayaraq, onu silahın qəbzəsiylə vuraraq yerə yıxıb və sol gözünü göyərdiblər. Nasir yerə yıxılarkən üsyançıların Qəzzafini gizləndiyi kanalizasiya tunelindən çölə çıxartmağa çalışdıqlarını görüb.
Qəzzafinin ölümündən bir həftə keçib. İndi Hüneyş Nasir və bir vaxtlar Xalq Mühafizətçiləri Birliyinin lideri olmuş əmisi oğlu Mənsur Davdan başqa Qəzzafinin son günlərini görən heç kim qalmayıb. Nasir Misrata şəhərindəki həbsxanaların birində verdiyi açıqlamada "Qəzzafinin yaxın əhatəsindən sağ qalan varsa da, mən onların yerini və ya necə olduqlarını bilmirəm. Üsyançılarla birlikdə ola bilərlər və ya bəlkə də ölüblər" deyə qeyd edib. Nasir 30 il boyunca Qəzzafidən pis rəftar görmədiyini də söyləyib.
Qəzzafinin ətrafında olan digərləri kimi, Nasir də devrilmiş liderin tayfasındandır. Son günlərə qədər ona bağlı olmasının səbəbini də Nasir bununla əlaqələndirir. İqtidara gətirdiyi bir çox insanlar son günlərdə Qəzzafini tərk etsə də, yanında qalanlar da rejimin çökməsini qəbul etməklə çox şey itirəcək insanlardır. "Mənə pis insanlarla müharibə etdiyimizi bildirdilər. Mən də inandım" - Nasir bildirir. Nasir mart ayında təqaüdçü olduqdan sonra da Qəzzafiyə bağlılığının davam etdiyini bildirib. Həmin vaxtdan sentyabra qədər Qəzzafini görməyib. Daha sonra təxminən oktyabrın 10-da keçmiş rəhbərinin Sirtdə olduğunu öyərnib və onun yanına gedib. Hüneyş Nasir devrilmiş liderin cənazə törənində iştirak edən azsaylı şəxslərdən biri olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...