Fransa prezidenti rəsmi Afinanı Avropa Birliyinə yalan məlumatlar verməkdə günahlandırdı
Yunanıstanın 2001-ci ildə avro zonasına qəbulu ilə bağlı qərar səhv idi. Bu bəyanatla Fransa prezidenti Nikola Sarkozi Avropa Birliyinin sammitinin yekunları ilə bağlı "Sky News" telekanalına müsahibəsində deyib.
"Yunanıstan avro zonasına inteqrasiyaya hazır deyldi. Lakin yalan iqtisadi göstəricilər təqdim edərək, bloka qoşuldu. İndi biz iflasdan xilas olmaq üçün ona yardım etməyə məcburuq" - deyə Fransa lideri bəyan edib. Bununla belə, Sarkozi əminliyini ifadə edib ki, Avropa Birliyinin sammitində qəbul edilən qərarlar sayəsində Yunanıstan borc böhranından çıxa və defoltdan yayına biləcək.
"Yunanıstandakı defolt bütün dünyada "domino effekti" yarada bilər. Yunanıstanın iflasının ardınca investorlarda İtaliyanın gələcək taleyi ilə bağlı tərəddüdlər yarana bilər və bu, avronun sabitliyini ciddi şəkildə sarsıdar. Əgər avro "partlasa", bütün Avropa "partlayar"" - deyə Nikola Sarkozi hesab edir. Sarkozi bildirib ki, Avropa Birliyi ölkələrinin liderləri vacib qərarlar qəbul ediblər və bu, fəlakətdən yayınmağa kömək edə bilər. Onun fikrincə, bunun üçün Yunanıstan öhdəliklərinə dəqiqliklə əməl etməlidir.
Öz növbəsində ABŞ prezidenti Barak Obama Avropa Birliyi ölkələri liderlərinin avro zonadakı böhrandan çıxışla bağlı qəbul etdikləri vacib qərarları alqışlayıb. Qərara görə, Avropa Birliyi ölkələri və Beynəlxalq Valyuta Fondu Yunanıstana 100 milyard avro kredit verəcək. Onu da qeyd edək ki, avrozonada borc böhranının çözülməsi planı birjalarda artıma səbəb olub. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu isə deyib ki, Avropa liderləri tərəfindən Brüsseldə əldə edilən razılaşma avro məkanı böhranının həllini yaxınlaşdırıb. Strasburqdakı Avropa Parlamentinə müraciətində Barrozu borclar böhranı ilə bağlı məsələyə dair qərarın Avropanın birləşdiyini göstərəcəyini deyib. "Biz ən çatın anlarda birləşməyə qadir olduğumuzu nümayiş etdiririk" - deyə Avropa Komissiyasının prezidenti vurğulayıb. Yunanıstanın baş naziri Georgios Papandreu qərarı "yeni" dövrün başlanqıçı kimi dəyərləndirib. Qeyd edək ki, Brüsseldə əldə olunan razılaşma avro məkanını sabitləşdirmə fondunun 440 milyondan 1 trilyonadək artırılmasını nəzərdə tutur. Bu fondun fəaliyyəti şərtləri noyabrda müəyyən ediləcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...