NATO-nun baş katibi Anders Foq Rasmussen: "Liviyada yerinə yetiriləcək başqa bir öhdəlik qalmayıb"
BMT Təhlükəsizlik Şurası oktyabrın 27-də keçirdiyi toplantıda NATO-nun Liviyadakı əməliyyatlarının dayandırılması barədə yekdilliklə qərar qəbul edib. TŞ-nin 15 üzvü həmçinin Liviya hava məkanında tətbiq edilən uçuşa yasaq zonanın ləğvinə də səs verib.
Liviyaya qarşı tətbiq olunan silah embarqosu da yumşaldılacaq. Liviya neft şirkətlərinin, banklarının və dövlət orqanlarının xaricdə saxlanılan və daha əvvəl dondurulmuş aktivləri sərbəst buraxılıb. Liviya təyyarələrinə beynəlxalq uçuşlar həyata keçirmək icazəsi də verilib. "Liviyada yerinə yetiriləcək başqa bir öhdəlik qalmayıb, tələb olunacağı təqdirdə isə demokratiyaya keçid mərhələsində müdafiə və təhlükəsizlik məsələlərində NATO Liviya hökumətinə yardım edə bilər". Bunu isə NATO-nun baş katibi Anders Foq Rasmussen Berlində Almaniya kansleri Anqela Merkellə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bəyan edib. NATO-nun Liviyadakı əməliyyatının indiyədək ən uğurlu əməliyyatlardan biri olduğunu bildirən Anders Foq Rasmussen, Qəzzafi rejiminin süqutundan sonra Liviya xalqının öz taleyini müəyyənləşdirə biləcəyini deyib. Rasmussen həmçinin NATO və müttəfiq ölkələrin Liviyadakı əməliyyatı oktyabrın 31-də rəsmi olaraq dayandıracaqlarını bəyan edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...