PDF Oxu

Dünya

  • 795

Serb millətçilərinin lideri 1,5 il müddətinə azadlıqdan məhrum edilib

Serb millətçilərinin lideri 1,5 il müddətinə azadlıqdan məhrum edilib

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Serbiya Radikal Partiyasının (SRP) lideri Voislav Şeşel keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal tərəfindən məhkəməyə ehtiram göstərməməsi səbəbindən bir il yarım müddətinə azadlıqdan məhrum edilib. V.Şeşeli yazdığı kitabında onun məhkəmə prosesində iştirak etmiş 11 şahidin şəxsiyyətini açıqlaması səbəbindən azadlıqdan məhrum ediblər. "B92" agentliyinin məlumatına görə, məhkəmədə çıxış edən şahidlər öz adlarını gizlətmədiklərini bəyan etmişdilər. V.Şeşel 2003-cü ildən polis nəzarəti altında olmuşdur və onu artıq ikinci dəfə məhkəməyə hörmətsizlik etdiyinə görə həbs edirlər. 2009-cu ilin iyulunda da onu şahidlərin şəxsiyyətini açıqladığına görə, 15 ay müddətinə azadlıqdan məhrum etmişdilər.

Agentlik bu cür məhkəmə hökmlərinin V.Şeşel üçün heç bir əhəmiyyəti olmadığını bildirir. Çünki bu şəxsin Haaqa məhkəməsində başlıca cinayət işi hərbi cinayətlərlə bağlıdır. Xatırladırıq ki, SRP lideri Yuqoslaviya müharibələrində qətillərdə, işgəncələr verməkdə və dinc əhalini başqa yerə köçürməkdə ittiham edilib. V.Şeşel üzərinə yağdırılan ittihamı təkzib edir. 2011-ci il oktyabrın əvvəllərində V.Şeşelin vəkili demişdir ki, məhkəmə prosesi həddən artıq uzadılır. Vəkilin dediyinə görə, 2010-cu ildən aparılan əsas məhkəmə prosesi sıfır nöqtəsindən tərpənməmiş qalıb.

Digər xəbərlər