PDF Oxu

Dünya

  • 1 052

Mühafizəçi Sədi Qəddafinin Nigerə qaçdığını bildirib

Mühafizəçi Sədi Qəddafinin Nigerə qaçdığını bildirib

Müəmmər Qəddafinin oğlu Sədi Qəddafinin Kanada, Avstraliya, Yeni Zelandiya, İraq və Rusiya mühafizəçilərindən ibarət dəstənin nəzarəti altında gizli surətdə Nigerə qaçdığı bildirilir. Həmin mühafizəçilər əvvəllər Liviyanın xüsusi xidmət dəstəsində xidmət etmişdilər. Mühafizəçilərdən biri olan Geri Piters "The National Post"a verdiyi müsahibəsində hadisənin doğruluğunu təsdiq edib. Həmin şəxs Ontario ştatının Kembric şəhərinin mühafizə agentliklərindən birinin başçısı işləyir.

Niger hökuməti 2011-ci ilin 11 sentyabrında Sədi Qəddafini müşayiət edən avtomobil karvanını saxlasa da, onu vətəninə ekstradisiya etməyərək, ev dustağı qismində həbs edib. G.Pitersin dediyinə görə, hazırda Sədi Qəddafi Nigerin paytaxtı Niameydə prezident sarayının qonşuluğundakı təmtəraqlı villalardan birində yaşayır.

Mühafizəçinin dediyinə görə, Sədi Qəddafi əvvəl daşınmaz mülkiyyətinin yerləşdiyi Meksika və Kanadada sığınacaq almaq istəyirmiş. Ancaq o, Meksikaya gedə bilməmiş, Kanada Krallığı at kolonu polisi isə onu xəbərdar edib ki, ölkə hüdudlarına girəcəyi təqdirdə, həbs ediləcək. G.Pitersin dediyinə görə, Sədi Qəddafi üç gilləkeçirməz "Land Rover" tipli jileti nəqd pulla alıb. O, Sədinin pulunun çox olduğunu bildirir. G.Piters Qəddafi ailəsində 2004-cü ildən işləyir. Mühafizəçi Sədini Nigerə gətirməmişdən əvvəl, qardaşı Hannibalı və bacısı Ayişəni Liviyadan Əlcəzairə aparıb.

İnterpol sentyabrın 29-da Sədinin həbsi üçün order verib.

Digər xəbərlər