"CNN" telekanalının məlumatına görə, ABŞ-ın şərq sahillərində yağan güclü qar ən azı üç nəfərin ölümünə səbəb olub. Polisin məlumatına görə, Pensilvaniya ştatının Templ şəhərində qarın ağırlığından aşan ağac 84 yaşlı qocanın ölümünə səbəb olub. Həmin vaxt kişi öz evində kresloda oturub mürgüləyirmiş.
"Assoşieyted Press"in məlumatına görə, növbəti amerikalı Konnektikut ştatında avtomobilinin buzlu yolda sürüşməsi nəticəsində həlak olub. Massaçusets ştatında amerikalı kişi təhlükəsizlik xidmətinə riayiət etmədiyindən, yerə düşən elektrik naqilinə toxunaraq, elektrik cərəyanından həlak olub.
İki milyondan çox amerikalı qar yağması səbəbindən işıqsız qalıb. Oktyabrın 29-da ABŞ-ın şərq sahillərindəki aeroportlarda aviareyslər təxirə salınmışdır. Qarın ağırlığından ağacların yıxılmasından və elektrik naqillərinin qırılmasından bir neçə avtotras bağlanıb. Nyu-York və digər iri şəhərlərdə şəhərətrafı dəmiryolu qatarlarının hərəkətində nizamsızlıq yaranıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...