Sudanın Cənubi Kordofan ştatının qubernatoru Əhməd Harunun bəyanatına əsaslanan "Əl-Cəzirə" telekanalının yaydığı məlumata görə, Sudan ordusu ilə şimalın üsyançı Sudan Xalq Azadlıq Ordusunun bazar ertəsi adıçəkilən ştatda qarşıdurması zəminində üsyançıların yüzlərlə döyüşçüsü həlak olmuşdur. Qubernatorun dediyinə görə, ordu üsyançıların Teludi şəhərinə hücumlarını dəf etməyə nail olub. "Frans Press"in məlumatına görə, Teludi şəhərinə hücumda 700 nəfərdən çox üsyançı iştirak edib və döyüş bir saat ərzində davam edib. Ordu hissələrinin itkiləri haqda məlumat verilmir.
2011-ci ilin iyulunda Cənubi Sudan öz müstəqilliyini elan etdikdən sonra, neftlə zəngin Cənubi Kordofan Xartumun nəzarəti altında qalmışdır. Əhali Xartum siyasəti əleyhinə etiraz edərək, Sudanda şəriət qanunları ilə idarə olunan milli ərəb dövlətinin yaradılmasını istəyirdilər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...