PDF Oxu

Dünya

  • 579

Rusiya casusları Almaniyada NATO haqda məlumatlar toplayırlar

Rusiya casusları Almaniyada NATO haqda məlumatlar toplayırlar

"Şpigel" qəzetinin yazdığına görə, Almaniyada həbs edilmiş və Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən ər-arvad siyasi və hərbi informasiya toplayırdılar. Marburq bölgəsində Haydurun və Andreasın evini axtararkən, orada NATO-nun gələcəyinə həsr edilmiş qeydlər aşkara çıxarmışlar. Müstəntiqlər ər-arvadın hansı vəsaitlə dolandıqlarını da yoxlayıblar. Məlum olub ki, qadın evdar xanım olduğu üçün daimi gəlir yeri yoxdur. Kişi müəssisələrdən birində işləsə də, onun aldığı məvacibin ailənin xərclərinə çatmadığı açıq-aydın hiss edilirdi. Ər-arvadın aylıq xərcləri 8-12 min avro təşkil edir.

Haydurun və Andreas oktyabrın 18-də Baden-Vürtemberq və Gessen federal torpaqlarında həbs ediliblər. Onların hər ikisi casusluqda və saxta sənəd düzəltməkdə ittiham edilirlər. Nə Rusiya, nə də Almaniya tərəf söhbətin Rusiya casuslarından getdiyi haqda mətbuata məlumat vermir. Evlərində axtarış aparılarkən, hər iki şəxsin üstündə saxta Avstriya pasportları aşkar edilib. İlkin məlumata görə, ər-arvadın həbsi ABŞ-da Rusiyanın xeyirinə casusluqda ittiham edilərək həbs edilən Anna Çapmanın vasitəçiliyi ilə gerçəkləşib. Ər-arvadın sənaye casusluğu ilə məşğul olduğu məlum olub.

Digər xəbərlər