"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ hökuməti, Fələstin Muxtariyyətini tam hüquqlu iştirakçı kimi öz tərkibinə daxil edən YUNESKO-nun maliyyələşdirilməsini dayandırdığını bəyan edib. "Assoşieyted Press"in məlumatına görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nülandın verdiyi bəyanata görə, Vaşinqton noyabrda YUNESKO-nun bank hesabına keçirməyi nəzərdə tutduğu 6 milyon dollar məbləğində tranşı dayandırıb.
V.Nüland ABŞ-ın təşkilatda üzvlüyünü saxladığını bildirib. Dövlət Departamenti səlahiyyətlisi Fələstinin YUNESKO-ya üzvlüyünü şərh edərkən, təşkilatın qəbul etdiyi qərarı "tələsik qərar" kimi xarakterizə edərək, bu halın Yaxın Şərqdə sülhə aparmayacağını bəyan edib.
Fələstinin təşkilata üzv olacağı təqdirdə, Vaşinqtonun YUNESKO-nun maliyyələşdirilməsini dayandıracağını hələ oktyabrın 5-də dövlət katibi Hillari Klinton bəyan etmişdi. Xatırladırıq ki, YUNESKO büdcəsinin 22 faizə yaxınını təşkil edir və 2010-2011-ci iki illik dövr ərzində bu məbləğin həcmi 653 milyon dollar təşkil edir.
YUNESKO Fələstin Muxtariyyətini öz sıralarına cari ilin 31 oktyabrından əvvəl qəbul edəcəyini bəyan etmişdi. Bu qərarın qəbul edilməsinə 107 dövlət (o cümlədən, Rusiya, Çin və Fransa) lehinə, 14 dövlət isə (o cümlədən, ABŞ, Kanada və Almaniya) əleyhinə səs vermişdir. Tərkibinə Böyük Britaniyanın da daxil olduğu 52 dövlət səsvermə zamanı bitərəf qalmışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...