PDF Oxu

Dünya

  • 620

Almaniyada son iki ildə işsizliyin sayı artıb

Almaniyada son iki ildə işsizliyin sayı artıb

Almaniyada son 19 ay ərzində işsizlərin sayı xeyli artıb. Federal Əmək Təşkilatının məlumatına əsaslanan "Market News İnternational" belə bir bəyanat verib ki, Almaniyada işsizlərin sayının mövsüm ərzində azalması oktyabr ayında sentyabr ayındakı 6,9 aylıq faizlə müqayisədə 7 faiz həddində olub. Artım 10 min nəfər təşkil edib. Nəticədə, yalnız oktyabrda işsizlərin sayı 2,941 milyon nəfərə çatıb. "Bloomberq" agentliyinin məlumatına görə, analitiklər oktyabrda işsizlərin sayının 10 min nəfər azalacağı proqnozunu vermişdilər. "M.M. Warburg & Co." Hamburq investisiya bankının ekspertlərindən birinin dediyinə görə, bir aylıq məlumat heç də işsizlərin artım səviyyəsini tam dolğunluğu ilə göstərə bilməz. Münhen İqtisadi Təhqiqat İnstitutu da məsələnin analoji həll yolunu göstərib. İqtisadiyyat naziri Filipp Reslerin proqnozuna əsasən 2012-ci ildə işsizlərin sayı 6,7 faiz azalacaq.

Digər xəbərlər