PDF Oxu

Dünya

  • 1 022

Putin “Yedinaya Rossiya” üzvlərinə seçkiönü kampaniyada iştirak etməyə razılıq verib

Putin “Yedinaya Rossiya” üzvlərinə seçkiönü kampaniyada iştirak etməyə razılıq verib

RİA "Novosti" informasiya agentliyinin hökumət başçısının mətbuat katibi Dmitri Peskova əsaslanaraq, yaydığı məlumata görə, Rusiya Federasiyasının baş naziri Vladimir Putin "Yedinaya Rossiya" partiyasının seçkiönü kampaniyasında öz gücünü göstərmək üçün rəsmi icazə verib. D.Peskov "Putin hərəkətə keçmək üçün rəsmi sənəd imzalayıb" deyə bildirib.

V.Putin öz adını dekabrda keçiriləcəyi nəzərdə tutulan Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya"nın siyahısına salmayıb. Federal siyahıya Rusiya prezidenti Dmitri Medvedev başçılıq edib.

"Yedinaya Rossiya" baş şurası idarə heyəti katibinin müavini Yuri Şuvalov əvvəllər verdiyi bəyanatda bildirmişdi ki, partiya liderləri V.Putinin potensialından imtina etmək niyyətində deyil. Onun dediyinə görə, partiya siyahısına D.Medvedevin başçılıq etməsi partiya üzvlərinin seçki kampaniyasındakı yeni imkanlarını məhdudlaşdırmayacaq. Partiya idarə heyətinin katibi Sergey Neverov isə demişdir ki, partiya üzvləri öz seçkiönü tədbirlərində D.Medvedevlə V.Putinin iştirakına ümid edirlər.

Rusiya Federasiyası Dövlət Dumasının seçkiləri dekabrın 4-ə təyin edilib. Seçkilərə 7 partiya buraxılıb.

Digər xəbərlər