PDF Oxu

Dünya

  • 633

İsrail İrana raket zərbəsi endirməyə hazır olması ilə ABŞ-ı qorxuzub

İsrail İrana raket zərbəsi endirməyə hazır olması ilə ABŞ-ı qorxuzub

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmurlarına əsaslanan "Ediot Axronot" qəzeti ABŞ-ın İsrailin İranın nüvə obyektlərinə raket zərbəsi vurmağa hazır olduğu haqda verdiyi bəyanatdan ciddi surətdə narahatlıq keçirdiyini yazıb. Məlumatda deyilir ki, ABŞ tərəf MAQATE-nin İranın nüvə obyektləri barədə növbəti məruzəsini nəşr etdirdikdən sonra, İsrailin onunla məsləhətləşmədən Tehrana qarşı hərbi əməliyyat keçirməsindən narahat olduğunu bəyan edib.

Noyabrda nəşr ediləcəyi gözlənilən sənəddə İranın nüvə silahı işləyib hazırlamaqda xeyli irəli getdiyi bildirilir. İsrailin İrana birtərəfli qaydada hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə ABŞ BMT-nin Təhlükəsizlik Şurasını yeni sərt sanksiyalar tətbiq etməsini sürətləndirməyə çalışır. Vaşinqtonda belə hesab edirlər ki, İrana qarşı sərt sanksiyalar tətbiq etməklə, beynəlxalq təzyiqin gücləndirilməsi İsrailin məsələni hərbi yolla həll etməsinin qarşısını ala bilər.

Bu məqsədlə ABŞ Çin və Rusiyaya müraciət edərək, onları İrana münasibətdə yeni sanksiyalar tətbiq etməyə çağırır. ABŞ rəsmiləri Moskva və Pekinə İsrailin planlarından ehtiyat etdiyini izah edəcəklər. ABŞ-ın İrana qarşı daha bir dəlili Tehranın məxfi agentlərinin Vaşinqtonun Səudiyyə Ərəbistanındakı səfirinin həyatına sui-qəsdidir.

Oktyabrın 31-də İsrailin baş naziri Binyamin Netaniyaqu öz vətəndaşlarına müraciətində İran təhlükəsindən danışıb. ABŞ və İsrail rəhbərləri öz aralarında belə qərara gəlmişdilər ki, İranın nüvə obyektlərinə raket zərbəsi endirməklə onların hamısını məhv edə bilməyəcəkdir. ABŞ-da ehtiyat edirlər ki, İsrailin bu hərəkəti Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlanmasına səbəb ola bilər.

Digər xəbərlər