"Assoşieyted Press" informasiya agentliyinin noyabrın 3-də yaydığı məlumata görə, Əfqanıstanın qərb hissəsində yerləşən Herat əyalətində terrorçu-kamikadze fərdi tikinti kompaniyasına hücum edib. Yerli hakimiyyət dairələrinin verdiyi məlumata görə, terror aktı Güzar yaşayış məntəqəsində yerli vaxtla səhər saat 10 radələrində baş verib. Nəticədə kompaniyanın nəzarətçisi bədən xəsarəti alıb. Partlayışdan sonra tikinti kompaniyasının ərazisinə soxulmuş iki silahlı təhlükəsizlik qüvvələri ilə atışıb.
"Frans-Press"in məlumatına görə, terrorçuların hücumuna məruz qalan kompaniya xarici ölkələrin silahlı qüvvələri üçün loqistik dəstək verir. Bundan başqa, həmin kompaniyanın ofisi "Herat" aeroportu yaxınlığında yerləşir. Bu aeroport NATO qüvvələri və Əfqanıstan hökumət qüvvələri tərəfindən silahlıların zərərsizləşdirilməsində birgə istifadə edilir. "Khaama Press" İnternet nəşrinin məlumatına görə, daha bir kamikadze "Herat" yaxınlığında NATO qoşunlarının kolonuna hücum edib. Ölənlər və yaralananlar haqda məlumat verilmir. Bundan başqa, bu əyalətdə içərisində Əfqanıstan əsgərləri olan avtomobil partladılıb. Nəticədə üç nəfərin həlak olduğu bildirilir. Heç bir terrorçu təşkilat hadisənin məsuliyyətini öz üzərinə götürməyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...