"Ukrainskaya Pravda" qəzetinin yazdığına görə, Ali Rada binası yaxınlığında mitinq iştirakçıları və "Berkut" xüsusi xidmət orqanı döyüşçüləri arasında qarşıdurma zamanı ikincilərdən onlardan bir neçəsinin xəsarət aldığı bildirilir. Başına küt alətlə zərbə endirilən "Berkut" döyüşçülərindən biri huşsuz halda Ali Rada divarı yaxınlığında yerə uzadılmışdır. Daha iki orqan əməkdaşı bədən xəsarəti alıb.
Ali Rada binası önündə mitinq noyabrın 3-də səhər keçirilib. Mitinqdə Çernobıl atom-elektrik stansiyasında baş verən qəza zamanı bədən xəsarəti alan şəxslər iştirak ediblər. Onlar əvvəl də bir neçə dəfə mitinq keçirmişdilər. Başlıca tələbləri ləğv edilmiş imtiyazlarının bərpa edilməsidir. Bir çox ictimai təşkilatların fəalları da onlara qoşulmuşlar və onlar hökumətin istefasını və parlamentin buraxılmasını tələb edirlər. Mitinq başlanandan bir qədər sonra nümayişçilər Ali Rada ətrafında ucaldılmış hasarı uçuraraq, binaya doğru irəliləmişlər. Ancaq xüsusi xidmət orqanı döyüşçüləri onların binaya girməsinin qarşısını almağa nail olub. "İnterfaks"ın məlumatına görə, nümayişçilər hökumət binasına soxulmağa cəhd edirlər. Hazırda onlar ayrı-ayrı dəstələr düzəltməklə məşğuldurlar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...