"Qardian" qəzetinin Böyük Britaniya hökumətindəki mənbəyə əsaslanaraq, yazdığına görə, Britaniya hərbçiləri ABŞ-ın İranın nüvə obyektlərinə preventiv zərbə endirəcəkləri təqdirdə, onlara hərbi yardım etməyə hazır olduğunu bildirib. Britaniyada başa düşürlər ki, ABŞ-ın İranın nüvə obyektlərinə raket zərbəsi endirməsi ehtiyat tədbirlərindən irəli gəlir. Çünki bir müddət keçdikdən sonra İranın nüvə obyektləri raket zərbələri üçün təhlükəsiz olacaq. Kəşfiyyat məlumatlarına görə, İran bir il ərzində uranın zənginləşdirilməsi üzrə mövcud qurğuları daha möhkəm bunkerlərə bərkidəcək.
İran hökuməti istehsal etdiyi atom enerjisinin istisnasız olaraq dinc xarakter daşıdığını bəyan etsə də, bəzi məlumatlara görə, hazırda Tehranın 2-dən 4-dək nüvə başlığı yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uranı vardır. Britaniya hökumətinin anonoim məmurunun dediyinə görə, vaxt keçdikcə ABŞ və Böyük Britaniya öncül plan hazırlamaq niyyəti güdür. Ekspertlər belə hesab edirlər ki, iki il ərzində İran nüvə başlıqlı raketlərinin istənilən yerə çatdırılması üçün vasitəçi texnikanı hazırlaya bilər. Məmurun dediyinə görə, ABŞ İrana özü də raket zərbəsi endirə bilər, ancaq siyasi mövqedən bunu edəcəyi inandırıcı görünmür. Britaniya isə özünün gəmi və sualtı qayıqlarını əməliyyatın keçirilməsi üçün hərbi bazaya çevirməyə hazırdır. Xatırladırıq ki, Hind okeanının Diyeqo-Qarsia adasında Britaniyanın hərbi bazası vardır. Anonoim Britaniya məmuru ABŞ prezidenti Barak Obamanın prezident seçkilərinin keçiriləcəyi 2012-ci ilin noyabrınadək İrana zərbə endirəcəyinə inanmadığını bildirir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...