PDF Oxu

Dünya

  • 856

Moldova kommunistlərinin keçmiş lideri sosialist olacaq

Moldova kommunistlərinin keçmiş lideri sosialist olacaq

"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Moldova kommunistlərinin keçmiş lideri İqor Dodon Moldova Sosialist Partiyasına (MSP) keçəcək. İ.Dodon bu cür addım atmasının səbəbini belə izah edib: "Sosialistlər Partiyası mənim də dəstəklədiyim dəyərlərə uyğun hərəkət etməyi nəzərdə tutur. Bu partiya iqtisadiyyatın modernləşdirilməsi, Moldova dövlətçiliyinin möhkəmlənməsi və sosial ədalətin bərpa edilməsini istəyir". İ.Dodon kommunistlərin hamısını və eləcə də, partiya mənsubiyyəti olmayanları sosialistlərin tərkibində birləşməyə çağırır. İ.Dodon belə hesab edir ki, müxalifət prezidentliyə yalnız bir namizəd irəli sürə bilər. "Ümid edirəm ki, noyabrın 14-də prezidentliyə ən azı 61 deputatın namizədliyi irəli sürüləcək. Biz alyans üzvləri ilə birlikdə ölkənin Avropaya inteqrasiya olunması məsələsini müzakirə edəcəyik" deyə İ.Dodon bildirib. İ.Dodonun fikrincə, ən önəmli namizəd Zinaida Qreçannaya ola bilər.

İ.Dodon kommunistlərin sıralarını noyabrın 4-də tərk edib. Onunla birlikdə bu partiyanı Zinaida Qreçannaya və Veronika Abramçuk da tərk edib. Bununla da kommunistlər parlamentdə blok yaratmaq hüququnu itiriblər. Moldovada prezident seçmək üçün parlament üzvlərinin 61 səsi lazımdır. İqtidar alyansı 59 səsə malikdir. R.Dodon və həmkarları kommunistlərin sıralarını tərk etdikdən sonra bu partiya 39 səslə qalıb. 2011-ci ilin axırlarınadək ölkə prezidentinin seçilməyəcəyi təqdirdə, 2012-ci ilin yazında parlament avtomatik olaraq buraxılacaq və Moldovada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Digər xəbərlər