"Nyu-York Tayms" qəzetinin yazdığına görə, Respeblikaçılar Partiyasından namizədliyi irəli sürülən Texas qubernatoru Rik Perri seçkiönü debatlarda uğursuzluqla üzləşib. Qəzetə verdiyi müsahibəsində R.Perri proqramında 3 hökumət agentliyinin ləğvinin gözlənildiyini bəyan edib. Ancaq o, cəmi 2 agentliyin adını çəkə bilib. Debatlar noyabrın 9-da Oklend Universitetində keçirilmiş və "CNBC" telekanalının birbaşa efirinə translyasiya edilmişdir. R.Perri təhsil və ticarət üzrə agentliklərini ləğv ediləcəyini bildirmiş, daha sonra isə çaşıb əlindəki kağıza baxmışdır. Bir dəqiqə sonra isə, o, üçüncü agentliyin adını xatırlamadığını bildirmişdir. Bundan sonra R.Perri "Məni bağışla, Ups" deyə fikrini tamamlamışdır. Onun bu cür davranışı zalda və debat iştirakçıları arasında gülüş doğurmuşdur. Ona növbəti dəfə söz verəndə, R.Perri üçüncü agentliyin energetika üzrə olduğunu bildirmişdir.
Analitiklərin fikrincə, seçkilərə bu cür başdansovdu münasibət R.Perriyə baha başa gələ bilər. Partiya üzrə həmkarları isə R.Perrini maliyyələşdirəcək sponsorların ondan üz döndərəcəyini bildirmişlər. Analitiklərdən biri R.Perrinin bu uğursuzluğunu "siyasi ölüm əlaməti" kimi xarakterizə edib. Debatlarda prezidentliyə 8 namizəd iştirak etmişdir. Respublikaçıların namizədi Herman Keyn özünü daha yaxşı apara bilmişdir. Onu amerikalıların 23 faizi dəstəkləyir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...