PDF Oxu

Dünya

  • 1 120

Fransa və Almaniya yeni avrozona yaratmaq niyyətinə düşüb

Fransa və Almaniya yeni avrozona yaratmaq niyyətinə düşüb

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa və Almaniyanın hakimiyyət dairələri Avropa Birliyi tərkibində yeni valyuta reformasiyası ideyasını müzakirə etməyə başlayıblar. Bu ölkələr Avropa Birliyi daxilində daha azsaylı ölkələrin daha güclü inteqrasiyasını yaratmağı nəzərdə tuturlar. Bu yöndə intensiv danışıqlara başlanıb. Agentlik bu sahədə maksimal dərəcədə ehtiyatlı olmağı məsləhət görür. Çünki Avropa Birliyinə daxil olan ölkələrin bəziləri Fransa və Almaniyanın bu ideyasını bölüşməyə bilər. Hazırda avrozona ölkələri tərkibində 17 dövlət birləşib.

"Röyters" agentliyi, hələlik, bu ideyanın fikir yürütmək səviyyəsini keçmədiyini bildirir. Avropa Birliyi ölkələrinin bir çoxu isə inteqrasiyanın bu cür radikal modelinin təqdim edilməsi əleyhinə çıxır. Kannda keçirilən 20-lər sammitində almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikolya Sarkozi etiraf etmişlər ki, Yunanıstan avrozona tərkibindən çıxa bilər. Onların fikrincə, bazarların tezliklə qaydaya düşməyəcəyi təqdirdə, daha radikal ölçülər götürməklə 1999-cu ildə tətbiq edilmiş avrozona iştirakçılarının sayını azaltmaq lazım gələcək. A.Merkel belə hesab edir ki, bazarlara etimadı artırmaq məqsədilə Avropa Birliyində dəyişikliklər etmək lazımdır. Bu cür dəyişikliyin bir ildən tez olmayacağı ehtimal edilir. Ancaq o zamanadək avrozonanın böhranı sürətlə artmaqda davam edə bilər.

Oktyabrın axırlarında Avropa Birliyinin Brüsseldə keçirilən sammitində bu cür qərar qəbul edilmişdir ki, avrozonanın stabillik fondunun məbləği 1 trilyon avroya çatdırılsın. Xatırladırıq ki, bu vaxtadək stabillik fondunun qoyuluşu 440 milyard dollar həddində olmuşdur. İştirakçı Avropa Birliyi ölkələri belə hesab edirdilər ki, bu cür davam edəcəyi təqdirdə, Yunanıstanı bürüyən və İtaliyanı təhdid edən borc böhranı aradan qalxa bilər.

Digər xəbərlər