Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildiriblər ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edildiyinin vurğulandığı məqalədə diplomat Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi kimi ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmə inteqrasiya yolunda inamla irəliləyərək qısa müddətdə BMT-yə və ATƏT-ə üzv olduğunu diqqətə çatdırmışdır. Səfir Azərbaycanın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü İslam ölkələri ilə də əlaqələrini bərpa etdiyini və qarşılıqlı faydalı münasibətlər qurduğunu bildirmişdir.
Məqalədə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, həmin ərazilərdə zəngin İslam maddi mədəniyyət abidələrinin və məscidlərin dağıdılması barədə oxuculara ətraflı məlumat verilmişdir.
Diplomat xüsusi vurğulamışdır ki, belə bir ağır vəziyyətdə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə bütün daxili və xarici təhlükələrdən xilas olmuş, davamlı inkişaf mərhələsinə qədəm qoymuşdaur.
Səfir ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində hakimiyyətin gücləndiyini, xarici əlaqələrin genişləndiyini, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə çatdırmışdır.
Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən Ş.Abdullayev Azərbaycanın neft-qaz ixrac kəmərləri şəbəkəsi ilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını vurğulamışdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlərə toxunan səfir 2003-cü il ilə müqayisədə 2009-cu ildə ölkəmizdə yoxsulluğun 49 faizdən 9 faizədək azaldığını, son 8 il ərzində ümumi daxili məhsulun üç dəfə artdığını, 900 mindən artıq yeni iş yerinin açıldığını diqqətə çatdırmışdır.
Ş.Abdullayev məqalədə Azərbaycanın nəqliyyat infrastrukturunun, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı haqqında da ətraflı məlumat vermişdir.
Sonda diplomat BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçilmiş Azərbaycanın humanitar yardım siyasətini daha fəal şəkildə davam etdirəcəyini vurğulamışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...