"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Avropa Komissiyasının keçmiş komissarı Mario Monti İtaliyanın yeni baş naziri təyin edilib. Bazar günü İtaliya prezidenti M.Montiyə yeni kabineti formalaşdırmağı tapşırıb. Bu hadisə üç dəfə - 1994, 2001 və 2008-ci illərdə ölkənin baş naziri olmuş Silvio Berluskoni istefaya getdikdən sonra gerçəkləşib.
"Assoşieyted Press" informasiya agentliyinin məlumatına görə, M.Monti hökuməti formalaşdırdıqdan sonra işə başlayacağını bildirmişdir. Jurnalistlər qarşısında çıxış edən 68 yaşlı iqtisadiyyat üzrə dekan və nüfuzlu Milan Universitetinin dekanı olmuş M.Monti belə bir bəyanat vermişdir ki, İtaliya həmkarlarının köməyi ilə borc böhranından xilas ola bilər. "Frans Press"in məlumatına görə, Avropa Birliyi İtaliya hökumətinin milli birlik hökuməti yaratmasını alqışlamış və ölkədə aparılacaq islahatları öz nəzarəti altında saxlayacağını bildirmişdir.
Xatırladırıq ki, S.Berluskoni noyabrın 8-də İtaliya parlamentinin aşağı palatasında əksər səs çoxluğundan məhrum olması səbəbindən istefa verməli olmuşdur. Baş nazir əleyhinə yalnız müxalifətçilər yox, həm də S.Berluskoninin təmsilçisi olduğu "Azadlıq xalqı" Partiyasının nümayəndələri də çıxmışdılar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...