"Taliban" hərəkatı üzvlərinin verdikləri bəyanata görə, Ümuməfqanıstan Loyya Cirgə Ağsaqqalları ilə görüşdə ümumi planı əldə etməyə nail olmuşlar. Taliblərin dediklərinə görə, onların əllərində görüşlər keçirmək, mühafizə planını təşkil etmək və görüşlərdə təhlükəsizliyin təmin edilməsi üzrə direktivlərə malikdirlər. Noyabrın 13-də "Taliban" hərəkatının internetdə yerləşdirdiyi məlumatda deyilir ki, casusların köməyi ilə ağsaqqalların görüşlərinin hamısının sənədlərini əldə ediblər. "Biz bu sənədləri əldə etməklə sübut etmişik ki, qarşımızdakı düşmən çox zəif və inamsız vəziyyətdədir" deyə məlumatda bildirilir.
Taliblərin dediklərinə görə, Loyya Cirgənin 28 səhifədən ibarət sənədlərini və görüşlərin keçirildiyi yerin 6 xəritəsini əldə ediblər. "Frans Press"in məlumatına görə, Əfqanıstan hökuməti taliblərin bəyanatlarının yalan olduğunu bildirir. Əfqanıstanın Daxili İşlər Nazirliyi taliblərin məlumatlarının Loyya Cirgəyə qarşı yönəldilmiş psixoloji müharibə əlamətləri olduğunu bildirir.
NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) "Twiter" mikrobloqunda yerləşdirdiyi məlumata görə, taliblərin əldə etdikləri sənədin saxta olmadığına şübhə ilə yanaşırlar. "Əgər əlindəki sənədlərin əslidirsə, nə üçün bu haqda bizə məlumat verirsiniz?" deyə İSAF taliblərə müraciət edir.
Loyya Cirgə Kabulda noyabrın 6-da başlayacaq və burada Əfqanıstan və ABŞ münasibətləri müzakirə ediləcəkdir. Görüşdə 2 min nəfərə yaxın Əfqanıstan ağsaqqalı iştirak edəcək. Taliblər görüş iştirakçılarına hücum edəcəklərini bildirmişlər. Xatırladırıq ki, taliblər 2010-cu ildə keçirilən Loyya Cirgəyə hücum etmişdilər. O vaxt heç kəs xəsarət almamışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...