PDF Oxu

Dünya

  • 1 124

İsrail Qəzza bölgəsinə raket zərbəsi endirib

İsrail Qəzza bölgəsinə raket zərbəsi endirib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 14-də İsrailin hərbi-hava qüvvələri Qəzza bölgəsinə aviasiya zərbəsi endirmişdi. Nəticədə, "HƏMAS" hərəkatına məxsus keşikçi məntəqəsi dağıdılmışdır. Bombardman nəticəsində Fələstin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olmuş, dörd nəfəri yaralanmışdır. Bombardman zamanı həmin ərazidə olmuş iki nəfər itkin düşüb.

İsrail ordusunun nümayəndələri aviasiya zərbəsinin noyabrın 13-də fələstinlilər tərəfindən İsrail ərazisinə buraxılmış raket zərbəsinə cavab olduğunu bildirmişlər. Fələstin tərəfindən atılan raket adamların yaşamadığı əraziyə düşdüyündən, xəsarət alan olmamışdır.

Son vaxtlar İsrail və Qəzza bölgəsi arasında bir-birilərinə tərəf atılan raket zərbələrinin ən yaddaqalanı 29-30 oktyabrda baş verib. Həmin vaxt 12 fələstinli və bir İsrail vətəndaşı həlak olmuşdur. Noyabrın 10-da Qəzza bölgəsindən İsrail ərazisinə raket zərbəsinə cavab qurbansız ötüşmüşdür.

Digər xəbərlər