PDF Oxu

Dünya

  • 1 043

Mübarək tərəfdarlarına parlament seçkilərinə qatılmaq icazəsi verilib

Mübarək tərəfdarlarına parlament seçkilərinə qatılmaq icazəsi verilib

"The Eguptian Qazette" qəzetinin yazdığına görə, noyabrın 14-də Misirin Ali Administrativ Məhkəməsi aşağı instansiya məhkəməsinin keçmiş prezident Hüsnü Mübarəkin lideri olduğu fəaliyyəti dondurulmuş Milli-Demokratik Partiyanın (MDP) qarşıdan gələn parlament seçkilərində iştirakını qadağan edən qərarını ləğv edib.

Söhbət Mənsur şəhər administrativ məhkəməsinin MDP-nin 6 üzvünün seçkidə iştirakını qadağan etməsi haqda qərar çıxarmasından gedir. "Əl-Məsri əl-Youm" qəzetinin yazdığına görə, Mənsur məhkəməsində daha 19 analoji məhkəmə iddiası vardır. İskəndəriyyə administrativ məhkəməsi də H.Mübarək tərəfdarlarının seçkilərdə iştirakına icazə verib.

"The Eguptian Qazette" qəzetinin yazdığına görə, Ali Administratiya Məhkəməsi heç bir məhkəmənin heç bir partiyanın seçkilərdə iştirakına qadağa qoymaq haqqı olmadığını bildirib. MDP-nin fəaliyyəti cari ilin 16 aprelində Ali Administrasiya Məhkəməsinin qərarı ilə dayandırılmışdı. Bu cür qərar H.Mübarək hakimiyyətinin devrilməsindən iki ay sonra çıxarılmışdır.

Misirin ikipalatalı parlament seçkiləri noyabrın 28-də keçiriləcək.

Digər xəbərlər