"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa prezidenti Nikolya Sarkozi İsrailin baş naziri Binyamin Netaniyaqunu əmin edib ki, onunla dostluq əlaqələrini davam etdirəcək. N.Sarkozinin bu təşəbbüsü İsrailin baş nazirinin atalığının ölümü ilə əlaqədar göndərdiyi məktubda ifadə edilib.
Fransa prezidenti öz məktubunda B.Netaniyaquya bildirib ki, Yaxın Şərq problemlərinə müxtəlif baxışların olmasına baxmayaraq, o, həmişə N.Sarkozinin dostluğuna etibarla yanaşa bilər. N.Sarkozi ifadələrinin kütləvi informasiya vasitələrində necə şərh edilməsindən asılı olmayaraq, bunun M.Netaniyaqu ilə dostluq əlaqələrinə heç bir xələl toxundurmayacağını bildirib. Xatırladırıq ki, noyabrın 3-də "Böyük İyirmilik" ölkələrinin Kannda keçirilən sammitində N.Sarkozi ABŞ prezidenti Barak Obamanın da iştirak etdiyi söhbətin gedişində İsrailin baş naziri B.Netaniyaqunu "yalançı" adlandırmışdı. Həmin söhbətdə tərəflər Fələstin Milli Muxtariyyətinə BMT üzvlüyünün verilməsi məsələsini müzakirə edirdilər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...