"Frans Press" informasiya agentliyinin ABŞ-ın dövlət departamentinin nümayəndəsi Mark Tonerə əsaslanaraq, yaydığı məlumata görə, noyabrın 14-də ABŞ noyabrın 13-də Cənub Osetiyada keçirilən prezident seçkilərinin legitimliyin qəbul etməyib.
Jurnalistlər önündə brifinq keçirən M.Toner hadisəyə bu cür şərh verib: "ABŞ noyabrın 13-də Gürcüstanın Cənubi Osetiya regionunda keçirilən bədnam prezident və referendum seçkilərinin legitimliyini qəbul etməyib". ABŞ əvvəllər də bir neçə dəfə Cənubi Osetiya və Abxaziyanın suverenliyini tanımadığını və həmin əraziləri Gürcüstan dövlətinin tərkib hissəsi olduğu haqda bəyanat verib. Avropa Birliyi və Gürcüstan da Cənubi Osetiyada keçirilən seçkilərin legitimliyini tanımayıblar.
Noyabrın 13-də Cənubi Osetiyada prezident seçkiləri keçirilib. 11 namizədin heç biri mümkün səs çoxluğu qazana bilməyib. İkinci tur prezident seçkilərinə fövqəladə hallar xidmətinin başçısı Anatoli Bibilov və keçmiş təhsil naziri Alla Cioyeva çıxıblar. Onlar, müvafiq olaraq, 25,44 və 25,37 faiz seçici səsi qazanıblar. Prezident seçkilərinin ikinci turu noyabrın 27-nə təyin edilib.
Noyabrın 13-də Cənubi Osetiyada prezident seçkiləri ilə eyni vaxtda rus dilinə dövlət statusu verilməsi haqda referendum da keçirilib. Seçicilərin əksəriyyəti bu təşəbbüsü dəstəkləyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...