PDF Oxu

Dünya

  • 890

Rusiya tanınmamış Pridnestrovyedən nota alıb

Rusiya tanınmamış Pridnestrovyedən nota alıb

"Regnum" informasiya agentliyinin yaydığı məlumata görə, tanınmamış Pridnestrovye Respublikasının Xarici İşlər Nazirliyi Rusiyaya nota ünvanlayıb. Etirazın səbəbi Moskvanın Şeremetyevo aeroportunda Pridnestrovye çinovniklərinin həbsi ilə əlaqədar olub.

İnsident aeroportda noyabrın 15-də baş verib. Hadisə haqda geniş məlumat verilməsə də, söhbətin yoxlama zamanı məmurların uzun müddət saxlanmasından getdiyi məlum olur. Rusiya və Moldova Respublikasının Pridnestrovye gömrük orqanı əməkdaşları ilə apardıqları yoxlama işi saat 14-19 arasında aparılıb. Həmin vaxt Pridnestrovye məmurları Moskvaya xidməti məzuniyyətə gediblərmiş. Haqqında söhbətin getdiyi məmurlar Pridnestrovye MSK-nın katibi Mariye Melnik və tanınmamış respublikanın xarici işlər nazirinin müavini Sergey Simonenko olublar. Pridnestrovye Xarici İşlər Nazirliyinin məlumatında aeroportda bu şəxslərin fərdi kompyuterlərinin və digər əşyalarının əllərindən alınmağa cəhd edildiyi bildirilir. Nota Rusiyanın Moldovadakı səfirliyinə təqdim edilib.

Moskva aeroportunda baş verən bu hadisə Pridnestrovye prezidenti İqor Smirnovla Rusiyanın hakim dairələri arasında olan soyuqlaşma münasibətilə əlaqədar olub. İ.Smirnov Kremlin iradəsi əleyhinə beşinci dəfə prezident seçkilərinə qatılmaq istəyib. Ancaq Moskvanın favoriti Pridnestrovye parlamentinin sədri Anatoli Kaminski olub. Onun namizədliyini "Yedinaya Rossiya" Partiyasının nümayəndələri dəstəkləyib. RF istintaq komissiyası İ.Smirnovun oğlunu humanitar yardımları oğurlamaqda ittiham edib.

Digər xəbərlər