PDF Oxu

Dünya

  • 972

Çeçenistanda içərisində 300 kiloqram partlayıcı maddə olan anbar tapılıb

Çeçenistanda içərisində 300 kiloqram partlayıcı maddə olan anbar tapılıb

Çeçenistan Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, içərisində 300 kiloqram partlayıcı maddə olan anbar aşkar edilib. Həmin maddənin tərkibi və rəngi trotil ekvivalentinə bənzəyir.

Anbarın yerini polislərə 2010-cu ildə keçirilən hərbi əməliyyatlarda öldürülmüş silahlı oğlanın anası xəbər verib. 1959-cu ildə Dışne-Vedeno kəndində doğulmuş qadının dediyinə görə, 2007-ci ilin oktyabrında onun oğlu ata-babadan qalma 70 metrlik ərazidə 5 kisə naməlum predmet basdırıb. Hadisə yerində axtarış aparan polis polietilen kisələrə qoyulmuş partlayıcı qurğu aşkar edib. Kisələrin ümumi çəkisi 300 kiloqram həddində olub. Partlayıcı qurğular təhqiqat aparılması üçün Çeçenistan DİN kriminologiya-ekspert şöbəsinə təqdim edilib.

Digər xəbərlər